• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 29.10.2022 20:10

Qədim el sənətini yaşadanlar

KepezTV Player

Papaqçılıq qədim sənət növüdür, papağın özü isə milli qürurumuzun möhürüdür. Bu sənət yüz illər boyu xalqın tarixi, məişəti və mədəniyyət səviyyəsi ilə sıx əlaqədə inkişaf edib. Gəncədə də papaqçılıq sənəti  həmişə özünün inkişaf yolunu yaşıyıb. İndi təqdim edəcəyimiz sujetdə həmin papaqçılığı yaşadan bir nəsilin nümayəndəsindən danışacağıq.

Azərbaycan xalqının milli adət-ənənələrində papağın həmişə öz yeri olub. Yaşlı nəsil xatırlayır ki, əvvəllər papağa olan hörmət qədər papaqçıya da hörmət var idi. Yaxşı papaqçının sorağı işlədiyi yerdən çox uzaqlara gedib çıxardı. Biz də Gəncədə papaqçı, usta Sabit Məhərrəmovun sorağı ilə onun işlədiyi emalatxanaya getdik. Sabit kişi şəhərin mərkəzi küçələrin birində  25 ildən artıqdır ki, papaq tikir. Deyir papaqçılığa həvəs və bacarıq ona ailəsindən keçmədir.  Ustanın babası Nuru kişi, daha sonra atası  Afiq Məhhərrəmov Gəncədə məhşur papaqçılardan olub. Eləcə də iki əmisi də bu sənətlə məşğul olub. Sabit Məhərrəmov da babasının, atasının yanında işləyərək bu sənətin incəliklərini öyrənib və indi tikə bilmədiyi papaq növü yoxdur.

Usta papağı tikmək üçün qayçı, iynə, sap, ölçü bir də qəlibdən  istifadə edir. Dərinin balacalığından, böyüklüyündən asılı olaraq  3-4 saata, hərdən də bir günə bir papağı tikib başa gətirir.

Son illər papaq alanların sayı da artıb. Bu səbəbdən usta Sabit  müştəri sarıdan korluq çəkmədiyini deyir.

Gördüyünüz bu papaq bəy papağı adlanır. Keçmişdə bu papağı bəylər başına qoyub. Hazırda bu papağa yenə də təlabat var. Gələn alıcılar məhz bu cür papaqlara daha çox üstünlük verir. Bu paqlarda təxminən 150-200 manat alıclra təkilif edilir.

Azərbaycanlılara papaq xüsusi simvol olaraq yaraşır. Sabit ustanın da tək arzusu odur ki, onun ata, babasından gətirdiyi bu qədim sənəti gələck nəsillərə ötürsün. Həm qədimliyimiz, həm də kimliyimizi.

 

Elnur Vahidoğlu