• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 28.10.2022 15:56

“Gəncə Xalça Kombinatı” özəlləşdirilib

KepezTV Player

“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın özəlləşdirilməsinə dair bu ilin avqust ayında elan edilən investisiya müsabiqəsinə yekun vurub. "Gəncə İlməçi” MMC müsabiqənin qalibi elan edilib. Qalib şirkət onunla imzalanan alqı-satqı müqaviləsinə uyğun olaraq, dövlət büdcəsinə 7,5 milyon manat vəsaitin köçürülməsini, 22 milyon manat dəyərində iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin büdcəyə olan borclarının tənzimlənməsini, digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb. İnvestisiya Proqramına əsasən, yeni istehsal və xidmət sahələri istifadəyə veriləcək. Müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaq. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.