KepezTV Player
Gəncədə “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi” mövzusunda regional konfrans keçirilib. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə təşkil edilən konfransda zorakılığa məruz qalan uşaqların hüquq və mənafelərinin qorunması, qanunvericilikdə nəzərdə tutulan yardım və xidmətlərlə təmin edilməsi, bu sahədə qurumlararası əlaqələndirmənin gücləndirilməsi, zorakılıq törədənlərlə işin təşkili və mövcud boşluqların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
- Baxış: 354