• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 25.10.2022 19:23

Son 3 ayda 700-ə yaxın sakini it dişləyib

KepezTV Player

Qazaxda sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilib. Sürü halında gəzən canlıların əlindən nə uşaqlar əylənə bilir, nə qocalar çölə çıxır. Itdişləməsi ilə bağlı həkimə müraciətlərin artan sayı təcili tədbirlərin görülməsini labüd edir.

Qazağın hər küçəsində, hər tinində sahibsiz küçə itlərini görmək olar. Görmək bir yana hücumuna da məruz qalmaq mümkündür.

4 ayaqlıların yatardığı təhlükə ucbatından valideynlər də ehtiyat edirlər. Qazax şəhərinin mərkəzində uşaq atraksionlarının boş qalması buna dəlalət edir. Heç kim övladını real təhlukəyə  atmaz. Şəhər mərkəzində gözdən əlilliyi olan şəxslər üçün tikilən binanın ətrafında da itlərin hücumuna tez-tez rast gəlinir.

Sahibsiz itlərin yem axtarışına çıxmasına səbəb kimi rayon ərazisində zibil tutumlarının sayının az olması və qalaqlanaraq gec-gec yığılmasını göstərir sakinlər. Eləcə də itlər üçün xüsusi sığınacaqların olmaması da bu canlıların həm sayını artırır, həm də təhlükəsini. Qazax şəhər icra  nümayəndəliyindən, eləcə də rayon icra hakimiyyətindən məsələ ilə bağlı  mövqe öyrənmək cəhdlərimiz isə nəticə vermədi.