• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 25.10.2022 19:58

Rayonda YAP üzvlərinin yarısı qadınlardır

KepezTV Player

Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xatirə Kompleksini zyarət ediblər. Ulu öndərin həyat və fəaliyyətinə, eləcə də Ağstafa rayonuna səfərlərinə dair fotostendlərlə tanışlıqdan sonra Partiyanın yubileyinə həsr edilən filmin nümayişi olub. Çıxış edənlər dahi şəxsiyyatin qurucusu olduğu Yeni Azərbaycan Partiyası keçdiyi inkişaf yoluna nəzər salıb, Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Vətən müharibəsində qazanılan qələbədən sonra da Azərbaycanın inkişaf yolu ilə əmin addımlarla irəlilədiyinə diqqət çəkilib. Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının fəaliyyətinə də toxunulan tədbirdə rayonda 68 ərazi ilk partiya təşkilatında 7140 nəfərin birləşdiyi qeyd edilib. Partiya üzvlərindən 3075-i qadınlardır. Bu il rayon üzrə 623 gənc Partiya sıralarına qoşulub. Fəallığı ilə seçilən üzvlərə fəxri fərmanlar, yeni qəbul olunan gənclərə vəsiqələr təqdim olunub.