• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 25.10.2022 12:05

"Əməkdaşlığın davam etdirilməsi üçün birgə səylər göstərəcəyik"

KepezTV Player

Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir. Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkəsinin milli bayramı münasibəti ilə ünvanladığı təbrik məktubunda bildirib. "Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, ikitərəfli qaydada, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - deyə dövlət başçısı qeyd edib.