KepezTV Player
Samux Rayon Polis Şöbəsinə rayonun İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
- Baxış: 585