• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2330
— 25.10.2022 09:59

Ordumuzun mövqeləri atəşə tutulub

KepezTV Player

Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 1:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.