• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 24.10.2022 21:28

Kitab oxuyanların da, gənc yazarların da sayı artır

KepezTV Player

Son zamanlar gənclər arasında mütaliəyə marağın artdığı müşahidə edilir. Bu gənc yazarların sayının artması və qələmə alınan kitablarda gənclərin düşüncələrinin əks olunması ilə əlaqələndirilir. Tez-tez reallaşan imza günləri və kitab sərgiləri də marağı mütaliəyə yönəldir.

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Nahaq yerə demirlər ki, nə qədər çox kitab oxusan, o qədər çox biləcəksən. Kitab oxumaq heç vaxt gec deyil, istər uşaq, istər gənc, istər qoca olsun, yetər ki kitaba həvəslə, sevgiylə yanaşasan... Bəs Gəncədə kitaba maraq hansı səviyyədədir?

Sorğudanda göründüyü kimi kitab oxuyanların sayı kifayət qədərdir. Elə bundan həvəsə gələrək gənc yazarlarımızın sayı artır. Hazırda Gəncəmizin sevimli yazarı Sahib Qurbanovla və Dilşad talıbova ilə eyni masadayıq.

Dünyada məhşur yazıçı Henri Devid Toro deyib ki, Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Oxumalıyıq ki, bu mədəniyyəti gələcək nəsillərədə ötürək.

Nərgiz Əhmədqızı