• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 24.10.2022 21:10

İranın Zəngəzur dəhlizi narahatlığı

KepezTV Player

Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrini ərazisindən qovan Azərbaycan cənub qonşusu ilə sərhəddin 132 kilometrlik hissəsinə də nəzarəti təmin edib. Lakin hadisələrin bügünkü inkişafı islam ölkəsinin heç də bundan məmnun olmadığını ortaya qoyur.

2020-ci ilin 22 oktyabrında Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə otuz ilə yaxın idi nəzarətsiz qalan İranla sərhəddin Azərbaycan hissəsi tam olaraq işğalçılardan təmizləndi. Azərbaycanın zəfəri ilə yekunlaşan İkinci Qarabağ müharibəsidən sonra bölgədəki geosiyasi vəziyyətin dəyişməsi isə islam respublikasına deyəsən əl vermədi. Ələxsus da Zəngəzur dəhlizinin açılmasına hər vəclə qarşı çıxan, hər təlimlərlə hədə mexanizmini işə salmağa cəhd edənləri görünür Azərbaycan ərazilərinin erməni taptağı altnda qalması qane edirdi.

Samir Hümbətov politoloq: Zəngəzur dəhlizinin açılması İranın iqdisadi imkanlarının aşağı düşməsinə gətirib çıxaracaq, həm də İranın Türkiyədən Azərbaycana, Mərkəzi Asiyanın digər bölgələrinə tranzit rolunu oynamaq funksiyası  get-gedə azalacaq. Bu tendensiya Zəngəzur dəhlizinin açılmasıyla az miqdara düşəcək və bu İranın iqtisadi, siyasi, strateji maraqlarına ziddir. İranın bölgəylə bağlı verdiyi açıqlamalar “ Qonşu dövlətlərin ərazisi bizim qırmızı xəttimizdir” kimi sərsəm ifadələr işlətməsi ondan irəli gəlir ki, İran Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır və sonuncu olaraq da tələm-tələsik Qafan rayonu ərazisində konsulluq açması ondan xəbər verir ki, İran elə başa düşür ki, bu addımı atmaqla Azərbaycanın qabağını ala biləcək.

Həmçinin Azərbaycanın dost dövlətlərlə keçirdiyi hərbi və  təhlükəsizlik təlimləri, müttəfiq ölkələrlə iqdisadi əməkdaşlığı gücləndirməsi də qıcıq yaradır İran tərəfində. Bölgə uzun illərdən sonra hadisələrin bu cür inkişafını həzm edə bilməyən mollakratlar bundan nəinki narahatlıq keçirir, hətta bunu qabarıq şəkildə biruzə verirlər.

Samir Hümbətov politoloq:  İran  Azərbaycanın Türkiyə, Pakistan, Özbəkistan və yaxud digər dövlətlərlə hərbi təlim keçməsini həzm edə bilmir. Ona görə də Azərbaycanla sərhəddə 3-cü təlimdir ki İran keçirir. Hətta yayılan məlumatlara görə güya qarşıdaki dövrlərdə İran Ermənistanla Azərbaycan sərhədinə yaxın ərazilərdə da təlim keçirmək niyyətindədir. Məhz Azərbaycanın sərhədində belə təlimlərin keçirilməsi və bunun da sepah komandanlığı tərəfindən bütün dünyaya yayılması, manşet edilməsi bir növ İranın ölkəmizə əzələ nümayişi kimi də dəyərləndirilə bilər. Hər bir dövlət burada özünün maraqlarını təmin etməyə çalışır. İran da bu mənada kölgədə qalacaq dövlətlərdəndir.

Lakin əzələ nümayişinə cəhdə türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Cəbrayılda tutarlı və təmkinli cavab verdi. “Zəngəzur dəhlizin açılmasıyla bağlı heç bir maneə yoxdur və bəzi dairələrdəki qorxuya da ehtiyac yoxdur” açıqlması bölgə ilə bağlı çirkin niyyəti olanların tonqalına su tökdü. Bu arada haşiyə çıxıb Türkiyə Milli Müdafiə nazirliyinin “gəldik, yox idiniz” paylaşımını da qeyd etmək yerinə düşər.