• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 24.10.2022 17:19

İlham Əliyevin İrakli Qaribaşvili ilə təkbətək görüşü olub

KepezTV Player

Muxrani sarayında mədəni proqram təqdim edilib

Gürcüstanın Mçxeti rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub. Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.

“Qarabağ xanlığının irsi” sərgisi keçirilib

Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi aparılıb

Gürcüstanda işgüzar səfərdə olan Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Daha sonra Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar.Sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib.Sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb.

Sərgi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.