• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2178
— 24.10.2022 17:07

Partiya sıralarına 350 tovuzlu gənc qoşulub

KepezTV Player

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət və Şəhidlər Xiyabanında şəhidlərin əziz xatirəsini yad etməklə başlayan tədbirdə siyasi təşkilatın fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Çıxışlarda ulu öndərin qurucusu olduğu Partiyanın keçdiyi zəngin və şərəfli inkişaf yolundan danışılıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin Azərbaycanın gücünə-güc qatdığına diqqət çəklib. Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolundan danışlıb. Partiyanın Tovuz rayon təşkilatında ərazi partiya təşkilatlarının sayı 90, üzvlərinin sayının isə 8000 nəfərə çatdığı vurğulanıb. Bu il 350 Tovuzlu gənc partiya sıralarına qəbul olunduğu diqqətə çatdırılıb. Fəaliyyəti ilə fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.