• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 22.10.2022 20:00

Dəyişkən havalarda necə geyinməliyik?

Azərbaycanda son bir necə gündür davam edən soyuq və yağıntılı hava şəraiti diqqət edilməli bəzi məqamları qabardır. İstər geyimlərimizdə, istərsə də səhhətimizdə. Qarşıdakı sujetdə havaya uyğun geyinib xəstələnməməkdən danışacağıq.

Adətən payızda hava şəraitinin dəyişkən olması ilə əlaqədar  tempraturun anidən düşməsi və ya qalxması müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən Ölkə ərazndə havaların qeyri sabitliyi evdən bayıra çıxarkən bəzi məqamları diqqətə almağı vacib edir.

Həkimlər isə deyir ki, hava şəraitinin kəskin dəyişməsi xüsusən xəstəliyə meylli şəxslərə, yaşlı nəslə, aritmiyası, qan təzyiqi yüksək olan hipertoniklərə, stenokardiyası olanlara təsir edir və xroniki xəstəliyi olan insanlarda kəskinləşir.

Hava şəraitində qeyri sabitliyin olması, temperaturun isti və ya soyuq olmasına insan orqanizmi ləng uyğunlaşır. Nəticədə immuniteti zəif olan insanlara bu hal mənfi təsir göstərir.