KepezTV Player
Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri Gəncədə erməni terrorunun nəticələri ilə tanış olub. Dağıntılar olan ərazidə günahsız mülki insanlara qarşı həyata keçirilən hərbi cinayətlər barədə məlumat verilib, şəhərin Vətən müharibəsi zamanı ballistik raketlərlə hədəf alındığı bildirilib. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
- Baxış: 450