• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 21.10.2022 20:13

Gəncənin ali təhsil müəssisələrində 470 əcnəbi tələbə təhsil alır

KepezTV Player

Ölkəmizin universitet və kolleclərində 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs tələbə olaraq təhsil alır. Əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çindən olan təmsilçilər Gəncənin də universitetlərində az deyil. Növbəti sujetimizdə əcnəbi tələbələrin Gəncə həyatından danışacağıq.

Xaricdə təhsil bütün ölkələrdə populyardır. Dünyanın hər yerindən öz ali məktəblərinə əcnəbi tələbələri qəbul edən Azərbaycan da istisna deyil. Gəncədə yerləşən Azərbaycan Texnologiya, Gəncə Dövlət və Azərbaycan Dövlət Aqrar Univestitetlərində ümumilikdə 470 nəfər xarici ölkə təmsiçisi var. Bu sırada aqrar universitet 388 tələbə ilə ön yerdədir. Onlar şəhərimizdə həm təhsil alır, həm də asudə vaxtlarını daha səmərəli keçirir, kitab oxuyur, kafe və restoranlarda dostları ilə əylənirlər.

Təhsil ocağında ümumi 70 əcnəbi tələbə təhsil alır. Onlar tək atesstatla qəbul olur, ödənişli əsaslarla oxuyurlar. Həmçinin təhsil haqqlarına 50% güzəşt olunur. Xaricilər-xüsusən türklər bu fürsətdən yetəri qədər yararlanmağa çalışırlar. Çünki, dilimiz də, adət ənənəmiz də çox yaxındır.

Xarici tələbələrdən bəziləri təhsil almaqla yanaşı, həm də iş tapıb pul da qazanırlar. Bu da onlara təhsil haqqlarını qarşılamağa kömək edir. Müsahibim Oğuzcan Yıldız Gəncə şəhərində bir sıra kafe və restoranlarda müğənni olaraq çıxış edir.

Xarici tələbələrin içərisində İran vətəndaşları da var. Behzad Nikzad Azərbaycana gəldikdən sonra həm mükəmməl danışığı öyrənib həm də əlifbanı.

Əcnəbilərin bizim cəmiyyətə necə adaptasiya olduqlarını, ümümiyyətlə biliklərinin hansı səviyyədə olduqlarını ən yaxşı onlara bilik öyrədən müəllimləri bilər.

Azərbaycan Texnologiya Universtitetində isə 12 əcnəbi tələbə təhsil alır. Onlar qardaş ölkə Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır.

 

Nərgiz Əhmədqızı