• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 980
— 21.10.2022 20:05

Viran qalan İran

KepezTV Player

Cənub qonşumuz İran. Daxilində özü viran olur, xaricində isə qonşularla münasibətləri. İslam Respublikası tarixi Azərbaycan torpaqları olan Qafanda tələm-tələsik konsulluq açır, Arazın o tayında, Azərbaycanla sərhəddə köhnə-köşkül texnikaları ilə təlim keçirir, hələ bir Arazı keçəcəyi ilə də hədələyir.

Artıq bir neçə gündür İranın Azərbaycanla sərhədinə yaxın ərazilırində, lap konkret desək azərbaycnlıları ikiyə ayıran Araz çayının kənarında hərbi təlimləri keçirilir. Xatırlatma üçün deyək ki, Arazın şimalındakı o yerlər 30 ilə yaxın müddətdə ermənilərin işğalı altında idi.  Və yenə də xatırladaq ki, torpaqlar azad edildikdən sonda həmin ərazilərə səfər edən müzaffər ali baş komandan otaylı butaylı azərbaycanlıların müqəddəs yerlərindən olan Xudafərin körpüsünün yanında dayananda bu körpünü Azərbaycanla İran arasında dostluq körpüsü adlandırmışdı. yenə də bir xatırlatma: Prezident Azərbaycnla İran sərhəddinin təmamilə azad olunması münasibətilə iranlı həmkarını təbrik də etmişdi. İndi isə daha əvvəlki ilə gedək.. Zənglanın, Qubadlının, Füzulinin, Cəbrayılın işğala məruz qaldığı günlərə.. O vaxt azərbaycanlıların xilas olması üçün Arazda körpüyə ehtiyac var idi… nə isə.. amma indi İran ordusu Arazda körpü salır, hələ bir üzərindən zirehli texnika keçirir?!

Həqiqətən bu günlərdə vəZiyyəti müşahidə edənlərin əsas sualə budur?! İran kimə qarşı silahlanır? Axı iranın yer üzündən silmək istədiyi və bunu açıq şəkildə bəyan etdiyi ölkə Azərbaycan deyil axı. Elə Tehranın şeytan yuvası  adlandırdığı ölkə də Azərbaycan deyil axı?! Tehranla Bakının münasibətləri heç də həmişə rəvan olmayıb.. hətta üzərimizə qırıcı da göndəriblır..amma sonradan quyuruqlarına qısılıblar.. yenə də iran kimə qarşə müharibəyə hazırlaşır?! Azərbaycanla?! Kimə görə ernənilərə görə?!  Bax məsələ burda çözülməyə başlayır. Burda dil, din, etnik mənsubiyyəti qoyaq kənara. onsuz da 30 ildə bu amillərin Tehran üçün bir qara qəpik dəyərində olmadığını bizı sübut elədilər. Bəs məsələ nədir? məsələ Azərbaycandır. Bütöv və güclü Azərbaycan. Sonda bir haşiyəyə çıxaq. Ermənilər Təbrizdə konsulluq açmaq istəyirlər. Gözümüzün bəbəyi, gözü yollarda qalan Təbrizimizdə, bizim Təbrizimizdə! Şuşa kimi əziz, mənəvi dəyəri cahana sığmayan Təbrizdə. Bəs Şuşada sərxoş vəziyyətdə yallı gedəb biri vardı. “ O”yadınızdadır?!