• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 21.10.2022 20:02

Ermənistanın sərhəddəki təxribatlarda məqsədi

KepezTV Player

Son vaxtlar demək olar hər gün sərhəddə atəşkəsin pozuluğu barədə xəbərləri eşidirik. Sülh sazişinin imzalanması, diplomatik münasibətlərin qurulmasının hədəfləndiyi indiki məqamda Ermənistanın seçdiyi bu yol normallaşma prosesi ilə heç cür vəhdət təşkil etmir.

Müdafiə Naziliyinin hər gün açıqladığı məlumatlar sərhədin Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy istiqamətlərində erməni tərəfinin atəşkəsi pozduğunu göstərir. Hədəf kimi tək üzbəüz mövqelər deyil, tikinti və təminat texnikaları da seçilir. Baş verənlərin fonunda Ermənistanın Daşkəsən istiqamətində artilleriya qurğuları və canlı qüvvə cəmləşdirməsi qarşı tərəfin başqa məqsədi olduğunu deməyə əsas verir.

Digər tərəfdən Ermənistan ATƏT-in bölgəyə müşahidəçi missiyası göndərməsindən deyəsən şirnikib. Azərbaycanda birmənalı qarşılanmayan bu addım qurumun münaqişənin həllində 30 illik yarıtmaz fəaliyyətini canlandırmağa səy göstərmək cəhdi kimi dəyər alır. Diplomatik müstəvidə heç nəyə nail ola bilməyən Avropa təsisisatının bu addımı da görünür erməni hərbi-siyasi hakimiyyətinin dişinə şirə salıb.

Azərbaycan hələ ki qarşı tərəfin bu cür təxribatlarına adekvat tədbirlərlə cavab verir. Amma səbr də sonsuz deyil, 2 il bundan öncə olduğu kimi Dəmir yumruq yerindədir, “Qisas”, “Qətiyyətli cavab”, “Fərrux” əməliyyatları da yaddan çıxmamalıdır.