Göygöl rayonu Toğanalı kəndi ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, quyu qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Göygöl Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aşkarlanıb. Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon sakinləri Rəşid Məhərrəmov, Elmir Həsənov və Aybəniz Abbasova olduğu müəyyən edilib. Faktlarla bağlı protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Kömür quyularının ləğv olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edilib.
- Baxış: 502