• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 19.10.2022 15:28

Rayonda partiya üzvlərinin sayı artır

KepezTV Player

Samux rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətl’ başlayan yubiley tədbiri hakim partiyanın fəaliyyətinə dair filmin nümayişi ilə başlayıb. Ulu öndərin qurucusu olduğu siyasi təşkilatın Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına regionda lider partiyaya çevrildiyinə diqqət çəkilib. YAP-ın ölkədə cərəyan edən siyasi proseslərdə, beynəlxalq təsisatlarla əlaqələrdə uğurlu fəaliyyətindən danışılıb. Hazırda Partiyanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəlilədiyi vurğulanıb. Çıxışlarda partiya fəallarının Samux rayonunun ictimai həyatında fəaliyyətinə toxunularaq 90 ərazi ilk partiya təşkilatında 5404 nəfər üzvün olduğu bildirilib. Sonda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi ilə əlaqədar fəallardan bir qrupu fəxri fərmanla təltif edilib.