• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 19.10.2022 12:19

6 evdən 30 min manata yaxın oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Babək Sadıqov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmyerlisi, əvvəllər məhkum olunmuş Fərid Torçiyevlə birgə daha bir evdən 12 min manat pul, digər evdən143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan pul kisəsi oğurlaması, həmçinin həmyerlisi olan, əvvəllər məhkum olunmuş Xəlil Qarayev və Eltəkin Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Torçiyev, Xəlil Qarayev və Eltəkin Zeynalov da saxlanılıblar.