• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 19.10.2022 12:08

“Qafqaz Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimlər davam edir

KepezTV Player

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir. Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər AN-2 tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər. “Qafqaz Qartalı 2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir.