• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 18.10.2022 20:23

Mülki şəhidlərin xatirəsinə həsr olunan "Marafon" keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Bakı Marafon Klubunun dəstəyi ilə 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş raket hücumları nəticəsində şəhid olan mülki şəxslərin xatirəsinə həsr olunan "Marafon" baş tutub. Bakı və Gəncədən olan marafonçular Heydər Əliyev Park-Kompleksinin ərazisində nəzərdə tutulan velosiped yolunda müəyyən məsafəni qət etməyə çalışıblar. Yekunda Marafon iştirakçıları Baş İdarə tərəfindən "Təşəkkürnamə" ilə təltif olunublar.