• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 18.10.2022 20:28

Zəfər forumunun növbəti ünvanı - Cavad Xanın yurdu

KepezTV Player

Gəncədə Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Forumu keçirilib. Gəncə Dövlət Filarmoniyasında təşkil edilən Forumda vətənpərvərlik mövzusunda çəkilən rəsmlərlə tanışlıq olub, Azərbaycan ordusunun əsgərlərinə məktublar yazılıb.Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forumda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən söhbət açılıb.Zəfər Forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığının, 44 günlük Vətən müharibəsi zamanı şəhərin erməni təcavüzkarlarının xaincəsinə törətdikləri terrorlara qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirilyi vurğulanıb. Bütün ölkə boyu keçiriləcək forumda qazanılan Zəfər haqqında yerlərdə insanlara məlumat veriləcək. Oktyabırın 7-dən Biləsuvardan start götürən Zəfər Forumuna noyabırın 10-da Bakıda yekun vurulacaq.Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, səhnələr nümayiş etdirilib.