• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2437
— 18.10.2022 20:48

Dərsliksiz aparılan tədris

KepezTV Player

Bir aydan artıqdır ki, məktəblərində tədris başlasa da bəzi siniflərdə oxuyanlara hələ də dərslikləri verilməyib. Daha doğrusu təzələnən dərsliklərin şagirdlərə çatdırılmaması fənlərin tədrisində çətinliklər yaradıb. Əziyyət çəkən müəllimlər və şagirdlər çarəni əvvəlki illərin nəşrlərinə müraciətdə tapıb.

Mövcud qanun vericiliyin tələblərinə görə 2004-cü ildən ölkə başçısının sərəncamı ilə Respublikamızda şagirdlərə dərsliklər Elm və təhsil nazirliyi tərəfindən pulsuz olaraq verilir. Tədris ili başlamazdan əvvəl təyin olunan qrafiklərlə verilən saya uyğun olaraq dərsliklər təhsil ocaqlarına göndərilir. Hər il bu proses vaxtında həyata keçirilsə də bu tədris ilində proses nədənsə gecikmə ilə özü də tam olmayan şəkildə reallaşdı. Dərsliksiz qalan 3, 7 və 10-cu siniflərin şagirdləridir.

Məhəmməd Əliyev şagird: Mən yeddinci sinifdə oxuyuram. Bizə riyaziyyat, bialogiyya, infarmatika kitabları verilmədiyi üçün biz müxtəlif çətinliklər çəkirik. İstiyərdik ki, bizə də yeni kitablar verilsin.

Bəto Qurbanlı  şagird: Biz də pdf-lərnən, test tapşırıqları kitabları ilə keçirik. Ancaq bu bizə çətinlik törədir. İstiyərik ki, təzə kitablarımız olsun.

Müharib Muradov  şagird: Onuncu sinifdə oxuyuram. Bizə kimya, fizika kitabları verilməyib. Biz istəyirik ki, bu kitablar gəlsin. Çünki biz çətinliklər çəkirik.

Üçüncü sinif şagirdləri üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi əsas fənlərin  kitablarl verilib. Verilməyən kitbalr isə texnologiya, təsviri incəsənət, həmçinin musiqi dərslərinin kitablarıdır. Siniflərdə texnologiya, təsviri incəsənət dərsləri elekton löhfədən istifadə edilərək keçilir.

Tədrisdə kitabsızlıq tək şagirdlər üçün yox, elə müəllimlərə də çətinliklər yaşadır. Dərsləri yenilənən proqramlar əsasında keçməli olanlar hər gün problemlə üz-üzə qalır.

Günel Məmmədova  müəllimə: Dərsliklər uyğun proqramı özmüz təşkil edə bilirik. Əsas dərsliklər verildiyinə görə onları təşkil edə bilirik. Digər kitabları verilməyən fənlər isə bizim üçün problem yaradır.

Ofelya Əliyeva müəllimə: Əlavə dərs vəsaitlərindən istifadə edirik. Test toplusundan, uşaqlar internetdən pdf formasını yükləyiblər. İstər ev tapşırığı istərsə də sinif tapşırığını uşaqlar yerinə yetirməyə çalışırlar. Çalışırıq ki, uşaqlar geri qalmasın. Təbii ki, yeni dərsliklər verilsə yaxşı olar.

Hər dərs ili üçün kitabların nəşri yerlərver verilən say əsas götürülməklə aparılır. Gəncə-Daşkəsən Regional Təhsil idarəsindən bildirilib ki, Elm və Təhsil Nazirliyini bununla bağlı məlumat verilib.

Raminə Məmmədova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: 7, 10 və digər siniflərin dərs çatışmazlığı məsələsi isə dərsliklərin dərc olma prosesi ilə bağlıdır, proses davam edir. Ümid edirik ki, ümumtəhsil məktəbləri dərsliklərlə təmin olunacaq.

Məsələnin ciddiliyini təhsil ekspertləri də təstiq edirlər. Şagirdlərin bu vaxta qədər dərsliksiz qalmasının yaratdığı problemlərə diqqət çəkilərək bunun təhsilin gələcəyi baxlmlndan əsaslandırırlar.

Kamran Əsədov  təhsil eksperti: Ölkənin 1,6 milyon şagirdinin 900 minə qədəri bölgələrdə yaşayır. Onların da 400 minə qədərə dağlıq ərazilərdə xüsusi ilə internet imkanları olmayan ərazilərdə yaşayırlar. Valideyinlərin o qədər də imkanları yoxdur ki, bunları internetdən çap eləsinlər. Azərbaycan iqtisadi inkişafına görə lider ölkələrdən biridir. Təəsüf ki, Elm və Təhsil nazirliyi öz öhdəliklərini yerinə yetirə bilmədi. Tenderdə qalib gəldikləri dərslikləri çatdıra bilmədilər.

Orta məktəblərdə 2008-ci ildən tətbiq edilən krikulum qaydalarına görə 4 həftədən bir şagirdlər arasında ksq və daha sonra bsq-lər keçirilir. Kitab verilməyən şagirdlər bundan necə keçəcək və ya tədrisə başlanılan dövrdən ötən müddət ərzində onlardan necə bilik və bacarıq tələb edilə bilinər?Məsələnin ciddiliyi nəzərə alınaraq bəzi məktəblərdə ötən illərdə nəşr edilən dərsliklərin şagirdlərə paylanmasına başlanılıb.

Elnur Vahidoğlu