• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 18.10.2022 21:25

19 gün əvvəl övlad dünyaya gətirən 18 yaşlı qadın öldü

KepezTV Player

Tovuzda ana ölümü qeydə alınıb.Rayonun Yuxarı Öysüzlü kənd sakini 18 yaşlı Zamanə Əliyeva sentyabrın 28-də rayon Mərkəzi xəstəxanasında oğlan dünyaya gətirib. Xəstəxanadan  bildirilib ki, doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığına görə, müalicə üçün Bakıya aparılıb.Bir neçə gün sonra vəziyyəti yaxşılaşan qadın yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən qadın ağır vəziyyətdə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.Məlumatlara görə, gənc qadın ağır ağciyər çatışmazlığı ilə xəstəxanaya gətirilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mahirə Quliyeva baş həkim: Dialez mərkəzindən sonra yəni süni tənəffüs aparatında bizim xəstəxanaya daxil olmuşdur. Həkimlərin səyinə baxmayaraq, xəstə yani kliniki ölüm bioloji ölümlə əvəz olunmuşdur.