• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 18.10.2022 21:19

Zob - daha çox qadınlarda rast gəlinən xəstəlik

KepezTV Player

Qalxanvari vəzin xəstəlikləri yəni el arasında zob adı ilə tanınan troid xəstəlikləri ölkəmizdə də artım dinamikası nümayiş etdirir. Statistika göstərir ki, bu xəstəliyə daha çox qadınlarda rast gəlinir.  Bunun səbəbi və diqqət olunmalı məqamlardan danışılacaq.

Son vaxtlar ölkəmizdə zobdan əziyyət çəkən insanların sayı artıb. Statistikaya görə, qalxanabənzər vəzi xəstəliklərinə daha çox qadınlarda rast gəlinir. Bu problemdən əziyyət çəkən hər 10 xəstədən 8-i qadındır.

Keçmişdə “zob” sözü ilə boğazda görünən hər hansı şişkinliyə işarə edirdilər. Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir. Qalxanabənzər vəzi boynun aşağı ön hissəsində kəpənək şəkilli vəzdir. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.

İlkanə Qənbərova posient: Uzun illərdi halsızlıqdan, yorğunluqdan saç tökülməsindən əziyyət çəkirdim. Bir çox həkimlərdə oldum. Fərqli fərqli diaqnozlar qoyulmuşdu mənə. Amma buna baxmayaraq yenə kömək olmamışdı. Biləndəki zobum var, başladım hormon içməyə. Ondan sonra yaxşı oldu.

Son dövrlər bu xəstəliyin geniş yayıldığı deyilir. Və istər qalxanabənzər vəzin xərçəngi, istər zəhərli zob, istərsə də qalxanabənzər vəzin digər xəstəliklərinin kişilərə nisbətən qadınlarda 4 dəfəyə qədər çox rast gəlindiyini bildirilir.

Şəhla Verdiyeva endokrinoloq: Hər hansı ciddi bir səbəbi məlum olmasa da xramosomla keçmiş olacağı düşünülür. Qalxanvari vəzin müayinəsi ilk öncə anamlezlə başlayır. Sorğu aparıb ətraflı məlumat almaq lazımdır. Çünki genetik irsi faktorların da çox böyük rolu var. ikincisi qalxanabənzər vəzin ultrason müayinəsidir. Yəni el arasında uzi deyilən bir yol ilə vəzə baxılmasııdr. 3 cüsü isə əgər uzi ilə hər hasnı bir fuksional dəyişkənliyə şübhə yaradacaq əlamət tapırıqsa laborator olaraq yəni qanda hormonlar baxmaqla dəyərləndiririk.

Vətəndaşların qalxanabənzər vəz üçün laborator müayinələrə müraciətinin artması da bu xətəliyin geniş yayıldığını deməyə əsasə verir.

Elza Paşayeva Laboratoriya Şöbəsinin müdiri: Zob iki cür təyin olunur. Bir ultrasəs müayinə ilə bir də  laborator müayinə ilə. Laboratoriyaya əsasən qalxanabənzər vəzin patalogiyası olan xəstələr müraciət edir. Ümumilikdə götürsək müraciət edənlərin sayında qadınlar çoxluq təşkil edir. Bu analizlər TSH, trümo hormon, triaksin t4, triotranin t3 analizləridir. Laboratoriyaya daxil olan məsələn 5 xəstədən 2-i sırf qalxanabənzər vəzin hormonları ilə müraciət edir. Təxmini 400-ə yaxın ümumi xəstə qəbul edirik. Onların da yarısından çoxu qalxanabənzər vəziynəndi.

Hal-hazırda Gəncədə 286 nəfər qalxanabənzər vəzin xəstəlikləri diaqnozu ilə qeydiyyatdadır.