• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 18.10.2022 21:16

Yeni ana olanların hüquqları

KepezTV Player

Növbəti sujetimizdə yeni ana olan qadınlardam danışacayıq. Daha doğrusu onlara verilən imtiyazlardan. Qanunvericiliklə həmin şəxslərə tətbiq edilən güzəştlərdən elə yenicə ana olan əməkdaşımız Nərgiz Əhmədqızı danışacaq.

Sosial məzuniyyət qruplarına aid edilənlərdən biri də hamiləliyə və doğuşa görə olan məzuniyyətdir. Bu 126 günü əhatə edir. Doğuş zamanı hər hansısa bir çətinlik olduqda bu müddətə 14 gün də əlavə edilir. Kənd təsərrüfatında işləyən xanımlarda isə ödənişli məzuniyyət daha çox olur.

Qanunvericiliyə əsasən, azyaşlı uşağı olan analara iş yerində müəyyən güzəştlər də edilir. Daha dəqiqi bu kateqoriyadan olan işçilər qısaldılmış iş saatı ilə işləməlidir. Hamilə qadınların və 3 yaşına çatmayan uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

Yeni ana olanlara dövlətin dəstəyi bununla bitmir. Uşaq doğulan vaxt süd pulu deyilən vəsaitin verilməsi mütləqdir. Hazırda bu məbləğ 300 manat təşkil edir.

Qadınlara verilən bu imtiyzlar həm də onların hüquqlarının müdafiəsi baxımından xarakterizə edilir.

Nərgiz Əhmədqızı