• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 18.10.2022 21:12

İntellektual yarış keçirilib

KepezTV Player

Gəncədə Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr müstəqilliyin bərpası gününə həsr olunmuş intellektual yarış keçirilib. Düşüncə əsaslı oyunlar 6 nəfərdən ibarət olan 5 qrupun iştirakı ilə reallaşıb. Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya Universitetləri, Gəncə Regional və Tibb Kolleclərinin tələbələri verilən suallara dəqiq və tez cavablar axtarıb. Yarışda əsasən tarixə aid suallar verilib. Nəticədə Gəncə Regional Kolleci intelektual yarışın qalibi olub.

yarışın aparıcısı: Keçirilən yarışın əsas məqsədi tariximizi dərindən bilməkdir, oyunun əsas maraqlı tərəfi ondan ibarət oldu ki, oyun səhnələşmə əsasında quruldu və real hadisələri səhnə əsasında faktlarla, şəkillərlə hadisələr qurularaq suallar verildi.