• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 18.10.2022 20:58

“Sirlər Xəzinəsi” adlı layihə başlayıb

KepezTV Player

Gəncə “Gənclər evi”, Dövlət Turizm Agentliyinin Qərb regional qurumu və 2 saylı Gəncə Regional “ASAN xidmət”in təşkilatçılığı ilə “Sirlər Xəzinəsi” adlı layihənin açılışı keçirilib. Layihə çərçivəsində 120 nəfər arasından 17-29 yaş aralığında seçilən 60 gənc 1 ay müddətində layihədə iştirak edəcəklər. Tədbirdə oyun və müxtəlif simulyasiyalar vasitəsilə tarixi abidələrin tanınması, komanda quruculuğu, şəbəkələşmə öyrədiləcək. Layihənin məqsədi sosial aktivliyi bərqərar etmək, müxtəlif simulyasyalar vasitəsilə inkişafı, interaktivliyi və gənclərə şəbəkələşməni aşılamaq, həmçinin tarixi abidələri gənclər arasında təbliğ etməkdir.