• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 18.10.2022 20:56

Gənclər təlimdə iştirak edib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Rəqəmsal vətəndaşlıq yolunda rəqəmsal yaradıcılıq” adlı gənclər üçün maraqlı təlim təşkil edilib.  Layihənin məqsədi öz məsuliyyətini dərk edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində rəqəmsal məkandan məsuliyyətli, təhlükəsiz və etik yollarla istifadə etmək bacarıqlarını inkişaf etdirməkdir. Təlim vasitəsi ilə gənclərə rəqəmsal savadlılıqda proqramlaşdırma və tətbiqetmə, zehni məhsulların vizual şəkildə təqdim olunması, texnoloji vasitələrlə sosial öyrənmə üzrə bilik, bacarıq, münasibət və dəyərlər aşılanıb.  Təlimdə 40 nəfər gənc iştirak edib.