• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 16.10.2022 20:32

Sosial ünsiyyət, əyləncə və qazanc bir arada

KepezTV Player

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq günbəgün artır.Hər kəs bir formada özünü rahatlıqla twitter, facebook, instagram kimi mühitlərdə ifadə edə bilir. Əksər insanlar özünə müəyyən kütlə yığdıqdan sonra bloggerliyə başlayırlar. Doğma Gəncəmizdə də belə gənclər çoxluq təşkil edir.

Blog sözü İngiliscə "web" və "log" sözlərinin birləşməsindən yaranın və zamanla "blog" halını alıb. Mənası isə "onlayn gündəlik" deməkdir. Bir mövzu haqqında fikir sahibi bir şəxsin gündəlik olaraq yazı yaza bildiyi, fikirlərini paylaşdığı mühitə blog deyilir.

Sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Paytaxt Bakıda olduğu kimi, artıq doğma Gəncəmizdə də bir sıra bloggerlər fəaliyyətə başlayıb. Hazırda onlarla bir masadayıq.

Həmsöhbətlərimiz Könül, Ramil və Tamara, Elmar cütlükləri oldu. Onların təəssuratlarını, bu işə nə qədər əmək verdiklərini elə özlərindən dinləyək.

Tamara və Elmar bloggerliyə başlayanda heç dədəstək görməyiblər. Ailələri , çevrələri onların bu seçiminə isti yanaşmayıblar. Hazırda isə onlar sosial şəbəkədə sevilən cütlüklərdəndir.

Belə nəticəyə gəlmək olar ki, bloggerlik sosial ünsiyyət olmaqla yanaşı, əyləncəli və qazanc gətirən bir fəaliyyətdir. Gənclərə bu fəaliyyətlərində uğurlar arzu edirik.

Nərgiz Əhmədqızı