• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2009
— 15.10.2022 12:25

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

KepezTV Player

Oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun  Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.