• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 14.10.2022 20:46

Zibillər niyə qutulara yox, ətrafa səpilir ?!

KepezTV Player

Hər şeyin bir mədəniyyəti var. Hətta zibil atmağın da. Amma təəssüf bu rəftardan bixəbərlər nəyi hara və necə gəldi atırlar. Hətta elə vətəndaşlar da var ki, yaşadıqları küçəyə zibil qutularının qoyulmasına belə etiraz edirlər. Bəs bu etiraz nə ilə nəticələnir?! Əlbəttə ki, antisanitariya və epidemioloji vəziyyətin pisləşməsilə. Aişə Rzayevanın araşdırmasında şahidi olduğumuz bu xoşagəlməz vəziyyətdən danışılır.

Deyirlər ki, təmizlik imandandır. Həm mənəvi, həm də fiziki. Amma dərin düşünəndə fərqinə varırıq ki, əslində mənəviyyatını təmizləyənlərin ətrafları da təmiz olur. Həm zahiri, həm də batini. Sözümüzün canı isə şəhərimizin təmizliyidir. Daha doğrusu natəmizliyi... Dəfələrlə bu xüsusda maarifləndirici reydlər keçirilsə də, məsələ həllinə çox uzaq məsafədə dayanır. Həəə... bir də bizdən uzaq dayanan zibil qutularıdır axı. Qutu gözünə dəyməyənlər belə olanda məişət tullantılarını hara gəldi atırlar və beləliklə də, şəhərin təmiz görünüşünə xələl gəlir.

Ticarətin məşhur olduğu küçələrdə də analoji vəziyyət müşahidə olunur. Zibil qutularının olmaması tullantıların küçəyə atılması ilə nəticələnir ki, bu da yollarda antinasinar şərait yaradır.

Elçin Xəlilov şəhər sakini: Zibil qutusu yoxdu burda ona görə də camaat əlacı kəsilib qoyur yol qırağına da. Gətirsinlər qoysunlar ki, bizdə zibilimiz tökək qutunun içinə. İt pişik dağıdır zibili. Gətirib çinarın dibinə qoysunlar, hara istəyirlər qoysunlar əsas olsun. Tezdən yığıllar amma. Saaat 4-5də gəlib yığırlar təmiz olur.

Rəşad Babayev  şəhər sakini: Əslində zibil qutuları olmalıdı ki, insanlar zibili ora töksün. Yəni biz bu yolda qutu görmədik. Bütün zibillər yol qırağına tökülüb. Bunlar da antisanitariya şəraitidir.

şəhər sakini: Bax zibil qutusu oldu, hara qoyulacaq. Kiminsə qapısının ağzına. mən qoyaram qapımın ağzına qoyulsun? Onnansada belə yaxşıdı.

Yanaşmaların fərqliliyi onu deməyə əsas verir ki, heç kəs zibilin yerə atılmasına tərəfdar deyil. Bəs o zaman sən vurmadın, mən də yıxılmadım. Kimdir müqəssir?! Müqəssir evindən bir qədər uzaq məsafədə qoyulan zibil qutularına yaxınlaşmağa ərincəklik edənlər, yaxud da evinin yaxınlığına qutuların qoyulmasını istəməyənlər. Yəni, hər iki halda da sakinlər.

Bəzi hallarda isə sakinlər özlərinə əziyyət vermək istəmir. Yaxın ətrafda zibil qutuları olsa da, tullantıları yol kənarına qoyurlar. Bu xoş olmayan görünüşlə yanaşı həm də xəstəliklərin yayılması üçün əsas yaradır.

Oxşar vəziyyət Bayan küçəsində də uzun müdətdir ki, müşahidə olunur. Küçədə konteynrların olmaması vətəndaşaların tullantıları həmin ərazidə yerləşən su kanalına atmasına gətirib çıxarır ki, bu da vaxtaşırı Xan arxının daşması ilə nəticələnir.

İlham Fətəliyev  şəhər sakini: Bu zibil qabları gəlib götürüblər. Biri deyir məni evimin önünə qoymayın iylənir. O səbələrdən götürüblər. Cammat da məcbur zibilini atır kanala.

Cəfər Abbasov  şəhər sakini: Zibili də heç kim zibil qabına atmaq istəmir. Yaxındı elə qapıdan çıxıb tökürlər.

Tullantıların yol kənarında qalaqlanması isə sadəcə görünüş üçün xələl deyil, həm də antisanitar vəziyyətə əsas zəmindir. Kim bilir, bəlkə də əlimizlə özümüzdən uzaqlaşdırdığımız zibillər, saysız mikroblarla canımıza yayılır. Yəni aşımıza tökdüklərimizin qaşığımıza çıxması da kifayət qədər normal və ədalətlidir.

Əli Qarayev Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: Təsadüfü hallarda həmin sakinlərdən xəbəri olmayanlar ya tənbəllikdənmi görünür o tullantıları hara gəldi atırlar. Əlbəttə ki, məişət tullantılarının çox qaldıqda xəstəliyin yayılmasına səbəb ola bilər. Ona görə də bunun vaxtaşırı götürülməsinə nəzarət olunur. Onların qrafiki var gecə saat 12-8 -ə kimi onlar bu işlə məşğuldular. Öyrənmişik. Siqnal sistemində təyin olunan vaxta uyğun vətəndaşalarımız əməl eləsələr şəhər daha səliqəli olar və nəticəsi müsbət olar.

Məsələyə birbaşa cavabdeh qurum olan MKTİB-dən isə  bildirildi ki, şəhər ərazisində olan əksər böyük küçələrə məişət tullantılarının daşınması üçün müəyyən ölçülü konteynerlərin qoyulması təmin olunub. Sakinlərin etdkləri etiraz isə bəzi küçələrdə qutuların yerləşdirilməsini mümkünsüz edir.

Fərdi yaşayış evlərinin yaxınlığında yerləşdirilən iri həcmli konteynırların qoyulmasına etiraz edən sakinlərin xahişi ilə həmin ərazilərdən zibil qutuları çıxarılıb. Və əhalidən gün ərzində 2 dəfə səs siqnalları vasitəsilə məişət tullantılarının daşınması təmin olunur. MKTİB sakinlərin nəzərinə bir daha çatdırırı ki, məişət tullantılarını təyin olunmuş xüsusi konteynrlara atsınlar.Əks halda buna riayət etməyən vətəndaşalar inzibti qaydada cərimə oluna bilər. O ki, qaldı Vaqif küçəsinə oradakı natəmizlik şəraitini yaradan həmi ərazidə fəaliyyət göstərən ticarət obyektlərinin sahibləridir. Və təmizliyi riayət etmələrinə görə MKTİBin müəyyən şöbələri tərəfindən onlara qarşı profilkatik mübarizə tədbirləri aparılır.

Problemin nə vaxt öz həllini tapacağını demək, düzü, çətin məsələdir. Bir yerdə ki insan izi var onu dəyişmək qəliz işdir. Həm müsbət, həm də mənfi tərəfdən. İz saxlamaq isə gözəl işdir... Amma zibillə yox, gül-çiçəklə...Ruhumuzun təravətli olması diləyi ilə... Ruhumuz çiçək açarsa, ətri mütləq ki zibilləri də, zibillikləri də bizdən uzaqlaşdıracaq !!!