• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 13.10.2022 19:40

Tarixi derbiyə bilet satışı davam edir

KepezTV Player

“Kəpəz”in “Neftçi” ilə Gəncədə keçirəcəyi mövsümün ilk ev oyunu üçün biletlər satışa çıxarılıb. Qarşılaşmaya 3 gün qalmasına baxmayaraq məhdud sayda olan biletlərin təxminən 40 faizi artıq satılıb.

Həftənin əvvəlindən başlanılan bilet satışına maraq olduqca böyükdür. Biletlər 3 və 10 manatadır. Qiyməti 3 manat olan və üstüaçıq tribunlar üçün nəzərdə tutulan biletlər simvolik olaraq komandanın rənglərinə uyğun sarı və göy rəngdədir. B sektorundan, yəni arenaya girişdən sol tərəfdə, birinci yarusdakı tribunalardan oyunu izləmək istəyənlər sarı, sağ tərəfdəki tribunalardan seyr etmək arzusunda olanlar isə göy rəngli biletləri almalıdırlar. VİP sektor üçün biletlərin qiyməti 10 manatdır.

Premyer liqada sonuncu dəfə “Kəpəz” 4 il əvvəl doğma meydanda oynayıb. 2018-ci ilin 20 mayında məhz Neftçi ilə görüşdən sonra azarkeşlər komandanın elitadakı oyunlarına həsrət qalıblar. Bu sarı-göylərin 1-ci divizionda çıxış etməsi və Premyer Liqaya qayıtdıqdan sonra stadionla əlaqədar məlum qadağalarla bağlı olub. Uzun aradan sonra Kəpəzin Gəncədə keçiriləcək oyununda arenada yer almaq üçün fanatlar bilet satışı nöqtələrinə üz tutublar.

“Kəpəz” – “Neftçi” oyunu üçün biletlərin satışı şəhərdə müxtəlif ticarət və iaşə obyektlərində, eləcə də Gəncə şəhər stadionunda həyata keçirilir. 3000-dək azarkeşin buraxılacağı qarşılaşma oktyabrın 16-sı saat 15-də başlayacaq.