• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 13.10.2022 20:10

Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti ilə görüşü olub

KepezTV Player

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə də görüşü olub. Görüşdə Kasım-Jomart Tokayev Azərbaycanı müttəfiq, strateji tərəfdaş hesab etdiklərini, daim bu xəttə sadiq qalacaqlarını bildirib. Azərbaycan Prezidenti isə Orta Dəhlizin inkişafı ilə bağlı məsələlərin zamanın hökmü olduğunu vurğulayıb. "Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir.", - deyə dövlətimizin başçısıq qeyd edib.