• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 13.10.2022 16:09

Tovuzda körpənin həkim səhlənkarlığı səbəbindən xəstələnməsi məsələsi araşdırılır

KepezTV Player

Tovuzda yenidoğulan körpənin səhhətində həkim səhlənkarlığı səbəbindən problemlərin yaranması məsələsi araşdırılır. TƏBİB-dən qeyd olunub ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Körpə doğularkən fizioloji sarılığı olub, zəif qidalanması müşahidə edilib. Müalicə aparılıb, qidalanması bərpa olub, evə buraxılıb. Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün tibb müəssisələrinə müraciət edilib. Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı diaqnozu qoyulub. Lazımi müayinə və müalicələrdən sonra ambulator müalicə üçün evə buraxılıb. “Məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir”, qurumdan qeyd olunub.