• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 12.10.2022 20:15

İmtiyazlı qrupdan olan insanların həyat şəraiti yaxşılaşdırılır

KepezTV Player

Keçmiş məcburi köçkünlərin, şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, indiyədək 300 mindən çox insanın sosial təminatı yaxşılaşdırılıb. Samux rayonunun Seyidlər kəndində salınan yaşayış kopleksi də bu sahədə atılmış analoji addımlardan biridir.

Dörd hektar ərazini əhatə edən yaşayış kompleksində hər biri dördmərtəbəli olmaqla doqquz yaşayış binası tikilib. Buradakı mənzillərin 26-sı bir, 58-i iki, 100-ü üç, 16-sı isə dördotaqlıdır. Hazırda isə yaşayış komleksinə ümumilikdə 145 ailədən ibarət, təxmini 450 nəfər köçürülüb.

Ölkəmizdə həssas qrupdan olan insanların mənzil məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Gördüyünüz bu bina da bu istiqamətdə atılan addımlardan birinin təzahürüdür. Yaşayış komleksi 2020- ci ildə tikilib və 200 mənzildən ibarətdir.

Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərin məskunlaşması üçün tikilən yaşayış kompleksi indi 1-ci və 2-ci qarabağ müharibəsinində şəhid olan hərbiçilərin ailələrinə və qazilərə verilib. Burada Samuxla yanaşı əvvəllər Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Gədəbəy, Ağdaş, Mingəçevir, Goranboy və Bakıdan olan sakinlər yaşayır.

Gülzar Ərəbova şəhid Orxan Ərəbovun anası: Demək olar 40 gün idi belə desəm daha düz olar. Özü istədi hərbiçi olsun. O qədər danışır hər kəs ondan. Onun kursa getdiyi o vaxtalardan, 3 gün orda döyüşdə olmasından. Həmişə gəlirlər bizi də yoxlayırlar. Maraqlanırlar biznən. Əvvəllər Qədili kəndində yaşayırdıq. İki oğlumda ikisi də bir yerdə idi. İndi dövlət evnən təmin elədi. Biz köçdük bura. Şəhidin yoldaşı, nəvəm indi burda yaşayırıq. Ev 3 otaqlıdı, 4 ay bundan əvvəl köçmüşük uşaq olandan sonra.

Samir Hacıyev qazi: Çağırış gəlməmişdi. Birinci getdm yazıldım. Heç evdə nə anamın atamın xəbəri yox idi. Dedilər yaşın çoxdu. əl çəkmədim, yazıldım. Tezdən elə həmin axşam da gəldik N saylı hərbi hissəyə. Cəbrayıldan döyüşə başlamışıq. Cəbrayıl, Qubadlı, Laçın, Müəyyən yerlərdə olmuşuq. Hər biri sevinc idi, o torpaqları azad eləmək. Əvvəl Şəmkirdə yaşayırdım. Natavan küçəsində. Atamın qardaşımın yanında idim. Cənab prezident evlə təmin edəndən sonra dəstək oldular.

Yaşayış kompleksində həmçinin 22 çernobl əlili və 10-dan çox uşaq evinin məzunları da özünə yaşayış qurub.

Seyfəddin Əzizov Çernobl əlili: 86-cı ildə aprelin 26-sı günü Çernobl hadisəsi baş verdi. Mən orda hərbiçi idim. Əhaliyə köməyim çox dəydi, kömək elədim ordan çıxarmağa. Qəzanın aradan qaldırılmasında da böyük şücaətim olub. Orda Staraxonov adına məktəb də mənim adıma oldu. Ondan sonra mən zədələndim, bədənumdə şüalanma çox olduğuna görə. Amma bu gün razıyam dövlətimizdən ki evlə təmin elədi, hər şəraiti yaratdı.

Layihəyə uyğun olaraq, salınan yaşayış kompleksində orta məktəb də inşa olunub. İkimərtəbəli təhsil ocağı 144 şagird üçün nəzərdə tutulub. Ərazidə sakinlərin istirahəti və sağlamlığı üçün də bütün lazımi şərait yaradılıb.