• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 12.10.2022 20:00

Rusiyalı alimlər Ceyrançöldə elmi-tədqiqat və kəşfiyyat işləri aparırlar

KepezTV Player

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yarandığı gündən indiyədək mütəmadi olaraq elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılır. Buna baxmayaraq, qoruq ərazisində yerləşən daş dövrü üzrə abidələrin hələ də geniş tədqiqinə ehtiyac duyulur. Son qazıntılarda Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöldə Paleolit, Aşel dövrünə aid əmək alətləri, çapacaqlar, daş məmulatları aşkarlanıb. Bu tədqiqatların davamı olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə rusiyalı alimlər Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöl ərazisində elmi-tədqiqat və kəşfiyyat işləri aparmaq məqsədilə buraya ezam olunublar.

Azad Zeynalov arxeoloq: Ümumiyyətlə Çeyrançöl abidələri ilə çox zəngindir. Bir çox abidələr 90-cı illərin sonunda Mansur Mansurovun rəhbərliyi altında burad kəşf olunub. Qarabıq,Qaradüz, Ağgöl, Saqqızlı və Sarıburun kimi abidələr polielit sövrünə aiddir. Təxminən 400-500 min ildən tutmuş ta 200 min ilə qədər dövrü əhatə edir.

Anton Anoikin  tarix elmləri doktoru: Biz Azərbaycandan olan həmkarlarımızla 2005-dən işləyirik. Müxtəlif ərazilərdə tədqiqatlar aparmışıq. Hazırda burada işləyirik.Bizi cəlb edən Ceyrançölün Mingəçevir və Dmanisi arealında yerləşdiyini nəzərə alaraq burada yaşayış düşərgələrinin mövcudluğudur. 90-cı illərdə bir çox abidələr tapılıb. Onlarla tanış olub, apardığımız araşdırmalarla tapıntıların sayını artırmağı hədəfləyirik. Artıq bəzi kiçik nəticələr var.