• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2534
— 12.10.2022 19:57

Ermənilərin törətdiyi cinayətlər cəzasız qalmayacaq

KepezTV Player

İkinci Qarabağ müharibəsində ermənilərin şəhərlərimizə atdıqları raketlərdən Gəncədə də tələfat və dağıntlar oldu. Ələxsus da mülki şəxslər arasında dünyasını dəyişənlərin olması törədilən cinayətin xarakterindən xəbər verir. Açılan cinayət işləri üzrə hadisəni törədənlər məsuliyyətə cəlb ediləcək.

Baş prokuror Kamran Əliyev Gəncədə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən terror hadisəsinin törədildiyi ərazidə olub. Şəhid olan mülki şəxslərin xatirəsi anılıb. Jurnalistlərə açıqlamasında baş prokuror erməni vandalları tərəfindən dinc sakinlərə qarşı törədilən bu hadisəsi ilə bağlı cinayət işinin açıldığını bildirib.

Kamran Əliyev Baş prokuror: Bu işlərlə bağlı biz 3 cinayət işi başlamışıq. Bu tapşırığı verənlər, onu icra edənlər müəyyən olunublar. Onlar beynəlxalq axtarışa veriliblər. Biz onları daim harada olmasından asılı olmayaraq təqib edəcəyik. Onların məsuliyyətə cəlb olunmasına nail olacağıq. Konkret adlar var və biz onları dəfələrlə açıqlamışıq. Aidiyyatə bütün orqanlara, interpola göndərmişik.

Ermənilərin Vətən müharibəsində Gəncədə törətdikləri hadisə zamanı ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Həmin dövrdə 3 ailə tamamilə məhv olub, 6 uşaq həlak olub. Teror aktı zamanı 1 qızı və 3 nəvəsi şəhid olan Ramiz Qəhrəmanov da həmin dəhşəti yaşayanlardandır.

Baş prokuror bu cür cinayət hadisələrinin ilk olmadığına diqqət çəkib. Vətən müharibəsində döyüş meydanında məğlub olan erməni vandalların mülki sakinləri hədəfə almasını acizlik kimi dəyərləndirib. Uşaqları, yaşlıları, qadınları amansızcasına qətlə yetirənlərin gec-tez cəzasına çatacaqlarını da vurğulayıb.

Kamran Əliyev Baş prokuror: Çətinliklər var, mürəkkəbliklər var  onların eksdradisiyası məsələsində bəzi ölkələr bununla bağlı zəruri əməkdaşlıqlar göstərmirlər. Xocalı dövründən olan cinayətkarları biz ikinci Qarabağ müharibəsindən sonra tutub real onların məhkəmə kürsündə oturmasını təmin etdik, məhkum ediliblər. Bu da baş verəcəkdir. Digər tərəfdən də bizim başladığımız cinayət işləri beynəlxalq ədalət məhkəməsində biz əldə olan sübütları istifadə edirik. Ermənistanın bir dövlət kimi siyasətinin zidd olduğunu, dünya normalarına zidd olduğunu da biz sübüt edirik. Bu da çox vacib olan amildir.

İstər Birinci Qarabağ müharibəsində, istərsə də vətən müharibəsində ermənilər geniş şəkildə muzdulardan da istifadə edibdir.  Bu hal isə müharibə qanunlarına uyğun deyil.

Kamran Əliyev Baş prokuror: 30 il bundan qabaq Ermənistan tərəfindən bizə təcavüz başlıyandan onlar daim müzduları cəlb etmişlər. İkinci Qarabağ müharibəsində də muzduların olması ilə bağlı bizdə konkret faktar var. Onların şəxsiyyəti bəllidir. Tək o deyilən üç ölkə deyil digər ölkələrində vətəndaşları var. Bütün bunlarla biz məlumatlıyıq. Həmin ölkələrə hüququ yardımla bağlı vəsadət də göndərmişik. Bu sahədə də işlərimizi davam etdiririk.

İşğalçılıq, dinc sakinlərin öldürülməsi, eləcə də digər ölkələrin döyüşçülərindən istifadə erməni xislətinin təzahürüdür. Bu həm də ermənilərin qorxaqlıqğına, döyüşə bilmədiyinə dəlalətdir.

Şair Ramaldanov hərbi ekspert: Hələ birinci Qarabağ savaşı zamanı Horadiz istiqamətində gedən Azərbaycanın uğurlu əks istiqaməti əməliyyatında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparan əməliyyatda  muzdlu əsgərlərin meyidləri çöllərdə qalmışdı. Bunların arasında qara dərililərdə var idi. İkinci Qarabağ müharibəsində də muzduların leşləri aşkar olunmuşdu. Bəzi məlumatlara görə ermənilər Azərbaycanlıların dinc yaşayış məntəqələrinə atılan atəşdə də məhz muzduların iştirakı ilə bağlı məlumatlar var.

Azərbaycan prokurorluğu hüquq normalarının tələblərini nəzərə alaraq əldə olan faktları beynəlxalq ictimayyətə çatdırır. Ancaq qəbul etdiyi qərəzli qərarlarla beynəlxalq qurumlar ikili standartlardan əl çəkə biləcəklərmi?

Elnur Vahidoğlu