• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 12.10.2022 11:45

Onların Gözlərindəki Sirr

Rejissor(lar): Billi Rey
Ssenarist(lər): Billi ReyXuan Xose Kampanelya
Baş Rollarda: Çivetel EcioforCuliya Roberts
Digər Rollarda: Din NorrisNikol KidmanAlfred MolinaCo Koul

Filmin baş qəhrəmanları Federal Təhqiqatlar Bürosunun kifayət qədər nüfuzlu agentləridir. Uzun illər ərzində çoxsaylı dolaşıq cinayətlərin üstünü açıblar. Ancaq günlərin bir günü üzləşdikləri faciə onları pərişan edir. Naməlum şəxs, təhqiqatçı Cessin qızını xüsusi amansızlıqla qətlə yetirir. Şübhəli şəxs qismində bir cavan oğlan saxlanılsa da, ona qarşı tutarlı dəlillərin olmamasına görə dindirildikdən sonra sərbəst buraxılır. Cinayət işi uzun müddət açıq qalsa da, Cessin iş yoldaşı təslim olmaq fikrində deyil, o hər vəchlə həqiqəti üzə çıxarmağa çalışır. Yalnız 10 ildən sonra o Cessin qızının müəmmalı qətlinin təfərrüatını öyrənməyə nail olur. Amma “ədalət” artıq ədliyyə sisteminin yox, Cessin öz əllərindədir...