• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 19.05.2017 07:10

Gəncədə ev yanıb

KepezTV Player

Hadisə səhər saatlarında şəhərin Poçt qəsəbəsi İsrafilbəyov küçəsi, 25 ünvanında İslam Sadıqova məxsus evdə baş verib. Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 kv.m sahədə və ona bitişik, digər vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Xaliq Qurbanlı