• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2326
— 11.10.2022 20:00

Ürək-damar xəstəliklərində niyə ön sıradayıq?

KepezTV Player

Son vaxtlar ölkədə ürək xəstəliklərindən dünyasını dəyişənlərin sayında nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur. Ürəyindən şikayətçi olanlar sırasında Gəncə sakinləri ön sıradadırlar. Təqdim edəcəyimiz sujetdə bunun səbəbləri barədə danışılacaq.

Nizami yurdu ürək xəstələrinə görə ölkə üzrə ikinci yerdədi. Bir neçə ilin araşdırması bunu deməyə əsas verir. Şəhər əhalisində risk faktorlarının yüksək olması ürək-damar problemlərinin ortaya çıxmasını əmələ gətirən əsas səbəblərdir. Qadınlarda daha çox piylənmə və şəkər, kişilər isə qan təzyiqi və xolestrin xəstəliyi yaradan amillərdəndir.

Ürək-damar xəstəliklərinin qarşısının alınması və ölüm sayının aşağı salınması üçün çıxış yolları da mövcuddur. Təbii ki bu planlı şəkildə, həm də uzun müddətli proqram formasında həyata keçirilməlidir.

Düzgün həyat tərzi ilə birlikdə qida rasionuna da xüsusi diqqət yetirmək vacibdir. Gəncə mətbəxinin dadlı, eyni zamanda kalorili yeməklərlə zəngin olması ürək xəstəlikləri riskinin artmasına şərait yaradır.

Qərb bölgəsində ürək-damar xəstəliklərindən əziyyət çəkənlər bu regionda yeganə olan Gəncə şəhər kardioloji xəstəxanasında müayinə və müalicə olunurlar. Cari il bu tibb ocağına da əvvəlki illərlə müqayisədə Nizami yurdundan müraciət edənlər sayında artım olub.

Statistika onu göstərir ki, ürək-damar xəstələri kifayət qədər cavanlaşıb.

Gəncədə bu ilin ilk 9 ayında 2170 nəfər kardioloji xəstəxanaya müraciət edib. Onlardan 2097-si müayinə olunduqdan sonra ya evə buraxılıb, ya da digər özəl xəstəxanalara yönləndirilib, 55 nəfər isə dünyasını dəyişib.