• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 11.10.2022 20:13

Tarixin terror səhifəsindən ötən iki il

KepezTV Player

Tarixin bu günü son iki ilə qədər təqvimdə adi rəqəmlərlə yazılırdı. Elə 11 oktyabr tarixi sıradan günlərdən biri kimi yaşanırdısa Vətən müharibəsi bu tarixi Gəncə üçün bir başqa etdi. Daha doğrusu Ermənilərin atdığı raket nəticəsində yaşanan həyat faciəsi bu tarixi fərqləndirir iki ildir ki. Sərhəd tanımayan erməni terroru bu dəfə şəhərin mülki əhalisini hədəfə almışdı, özü də nankorcasına, gecə saatlarında.

Ermənilərin Gəncəyə atdığı balstik raket zamanı Bəxtiyar Heydərlinin 4 yaşı var idi. Heç nəyi anlamayan, heç nəyi başa düşməyən Bəxtiyarın yaddaşına əbədi olaraq həkk oldu bu erməni vəhşiliyi. Kiçik hafizəsinə böyük bir teror, qətliam yazıldı həmin gecə. Anasının qucağında yaralanmış, kəsilmiş, üz-gözü qan içində idi Bəxtiyarın buna rəğmən gözləri qürurla baxırdı və heç nədən də qorxmurdu. Çünki o şərəfli xalqın Bəxtiyar oğludur. Hazırda o məsum üzündə erməni vəhşiliyinin çapıq izləri var. Bununla yanaşı bu üzdə Genral Polad Həşimova oxaşarlıq, məğrurluq da var. Onun kimi uşaq yaşlarından vətənini, torpağını sevən Azərbaycan oğlu.

Erməni teroru, erməni qətliamı. Düz iki il bundan əvvəl ermənilərin Gəncəyə atdığı növbəti raket bu əraziyə düşdü. Raket düşməzi zamanı 10 dinc sakin həlak oldu, 30 sakin isə yaralandı.

Hadisə şahidləri o dəhşətli gecəni yaddan çıxarmağa cəhd eləsələr də alınmır, alınmayacaq da. Qohum qonçuları, yaxınlarını itirənləri xatirəsi təzələni bu gün. Dağılan evləri, soyuq divarlar, bir də geri qayıtmayan canları yada salırlar.

Bu ermənilərin tarixdə xalqımıza qarşı törətdiyi birinci xain hərəkət deyil. 200 ildir ermənilər xalqımıza qarşı soyqırım, terror hadisələri törədir. Bunu ötən əsrin əvvəllərində də sonlarından elə 44 günlük vətən müharibəsində də gördük.

Həmin dəhşətli gecədə bütün xilas edicilər, hüquq mühafizə orqanları eləcə də xalq bir oldu. Hər kəs çətin günlərdə hadisə yerinə gəlib nə iləsə də yardım etmək imkanı qazanmaq istəyirdilər.

Bu qətliama, terrora baxmıyaraq xalq daha mətin oldu, dövlətin ətrafında sıx birləşib ordusunə dəstək nümayiş etdirdi. Nəticədə zəfər çalan müzəffər xalq adını qazandı. Adını tarixə qalib ölkənin, qalib xalqı kimi hək etdi.

Elnur Vahidoğlu