• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 11.10.2022 20:10

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

KepezTV Player

Qırğız Respublikasına dövlət səfəri edən Azərbaycan Prezident İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib. Sadır Japarov bildirib ki, Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Azərbaycan Prezidenti isə "Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik" - deyə vurğulayıb.  Bişkekdə Prezidentlərin iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası da keçirilib.  İclas başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov imzalayıblar.  Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Parkın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov iştirak ediblər. Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsiblər. Prezidentlər tədbirdə çıxış ediblər.