• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 11.10.2022 16:23

Prezident “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib

KepezTV Player

Azərbaycan Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri edib. Azərbaycan Prezidentinin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.  Prezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.  Dövlətimizin başçısı görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub. Bişkekdə Prezident İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.