• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 11.10.2022 12:17

Daha 15 yaşayış binasının inşasına başlanılır

KepezTV Player

Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək, həmçinin tikinti başa çatdıqdan sonra binaların 24 aylıq istismarına zəmanət verəcək. Şəhərin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir.