• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 11.10.2022 12:19

Mülki əhaliyə 5 milyon manata yaxın kompensasiya ödənilib

KepezTV Player

"Gəncə terroru ilə əlaqədar 3 cinayət işinin istintaqı davam etdirilir". Bu barədə Baş Prokurorluğun bəyanatında bildirilib. "Ermənistan silahlı qüvvələrinin Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub, 57-i qadın, 32-i azyaşlı olmaqla 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Beynəlxalq təşkilatları və dünya ictimaiyyətini cinayətlər törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırırıq.", - deyə məlumatda qeyd edilib. ***Baş Prokurorluq Ermənistanın Gəncəyə raket zərbəsi zamanı dəyən maddi ziyanın həcmini də açıqlayıb. Təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti olmaqla ümumilikdə 863.700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi, 92 nəqliyyat vasitəsinin yararsız hala salınması və ya zədələnməsi nəticəsində ümumilikdə milyonlarla məbləğdə maddi ziyan dəyib. 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Zərərçəkmişlərə 4.959.000 manat kompensasiya ödənilib.