• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 11.10.2022 09:48

ABŞ dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

KepezTV Player

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib. Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Dövlət başçısı deyib ki, bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.