• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 10.10.2022 21:36

Partlayışlarda ölü və yaralı sayı artıb

KepezTV Player

Ukrayna Prezidenti vətəndaşları sığınacaqları tərk etməməyə çağırıb

Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində 11 nəfər həlak olub və 87 nəfər xəsarət alıb. Ümumilikdə, raket zərbələri nəticəsində dağılmış 70 obyektin içində 4 hündürmərtəbəli bina, 39 fərdi yaşayış evi və məktəb var. Hadisə baş vermiş yerlərdə 80 əməliyyat-istintaq qrupu çalışır. Hərbi cinayətlərin sənədləşdirilməsi üçün kriminalistik laboratoriyalar işə cəlb edilib. Kiyevlə yanaşı, ölkənin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə də raket zərbələri endirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları sığınacaqları tərk etməməyə çağırıb. "Bəzi dövlətlər deyirlər ki, ancaq danışıqlar bu qəddar müharibəyə son qoya bilər. Ancaq Rusiya sülh istəyirmi? O, bunun əksini hər gün, hər gecə təsdiq edir. Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Raket hücumları insanları öldürür, evsiz qoyur" - deyə Zelenski bildirib.