• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 10.10.2022 20:55

Payızda şəhərimiz gözəlləşir

KepezTV Player

Hər mövsüm olduğu kimi indi də şəhərimizin müxtəlif yerlərində ağacların əkildiyini, qurumuş kolların təmizləndiyini görə bilərik. Əməkdaşımız Nərgiz Əhmədqızı görülən işlərdən videomaterial hazırlayıb. Gəlin görək Payızda doğma Gəncəmiz necədir.

Deyirlər ki, Payız sənət əsəridir, digər tərəfdən də ilin 4 fəslindən biri. Hətta ədəbiyyatımızda da payıza, "Qızıl" , "Gözəl" kimi oxşamalar deyilir. Elə Gəncə də bir başqa olur bu mövsümdə. Şəhərin parkları, küçə və prospektləri fərqli görünür. Təbii bu həm də insan əməyinin, Gəncənin gözəlləşməsində xidmət olanların da sayəsində mümkün olur.

Gəncə şəhərində 14 park və istirahət guşəsi var. Bu məkanların yaşıllıqlarla təmin edilməsi məqsədilə MKTİB-nin Gülçülük təsərrüfatında 30 növdə 60.000-ə yaxın gül-çiçək və 20 növdə ağac tingləri yetişdirilir. Əkilib becərilən bitkilər daha sonra şəhərin müxtəlif ərazilərinə köçürülür. Əlbəttə ki, bu da estetik gözəllik yaradır, yaşıllıqların artmasına gətirib çıxarır.

Mövsümə uyğün güllərə, çiçəklərə qulluq da edilir. Payızda isə bu işlər xüsusi olaraq həssas bitkilər üçün daha böyük diqqət tələb edir.

Payız gələndə, təmiz havanın qoxusunu içinə çəkmək istəyənlərin sayı da çox olur. Təmizlik və bol yaşıllıq insanları parklara cəlb edir.

Təbiəti sevən, təbiətlə təmasda olan insan heç vaxt nankor, vicdansız ola bilməz. Gəncə şəhər Yaşıllaşdırma idarəsi hər mövsüm olduğu kimi payızdada şəhərimiz üçün əllərindən gələni edirlər. Bizə isə bu gözəlliyi seyr etmək qalır.

Nərgiz Əhmədqızı